00:00:00
Yazar
Admin User
07.09.2025 15:11 175 1 dəq oxuma
Maraqlı

7 sentyabr

7 sentyabr

Hər nəfəs aldığımızda ağciyərlərimizə dolan havanın keyfiyyəti həyatımızın davamı üçün əsas şərtlərdən biridir. Təəssüf ki, müasir dövrdə sürətli urbanizasiya, nəqliyyat vasitələrinin çoxluğu və sənaye tullantıları atmosferi çirkləndirərək insan sağlamlığını ciddi şəkildə təhdid edir.

 

"İnformator.az" xəbər verir ki, 7 sentyabr – Beynəlxalq Təmiz Hava Günü bizə bir daha xatırladır ki, təbiətin bizə bəxş etdiyi ən böyük sərvətlərdən biri havadır və onu qorumaq hər birimizin borcudur. Çirkli hava təkcə nəfəs yolları xəstəliklərini artırmır, həm də ürək-damar, allergik və hətta psixoloji problemlərə yol açır.

 

Bu gün bizdən tələb olunan yalnız ekoloqların, ya da dövlət qurumlarının gördüyü işlərlə kifayətlənmək deyil, həm də şəxsi məsuliyyət daşımaqdır. Hər kəs daha çox ağac əkərək, avtomobildən istifadəni minimuma endirərək, ictimai nəqliyyata üstünlük verərək və tullantıların azaldılmasına diqqət edərək havanın təmiz qalmasına töhfə verə bilər.

 

Unutmayaq ki, biz torpağı, suyu və havanı özümüzdən sonra gələcək nəsillərə əmanət edirik. Əgər bu gün havanı qoruya bilsək, sabah övladlarımız daha sağlam, daha xoşbəxt bir dünyada yaşayacaq.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər