“70 ilin işığında: Azərbaycan Televiziyasının mötəbər yolu”
70 il sadəcə təqvim rəqəmi deyil, bu 1956-cı ildən bu yana hər bir azərbaycanlının evinə daxil olan ilk nurdur.
Mövzu ilə bağlı AzTV xəbərin redaktoru Elsevər Məmmədov fikirlərini bizimlə bölüşüb.

"Biz burada həm peşəmizi, həm də dövlətimizi sevməyi öyrəndik. Bu gün geriyə baxanda o ağ, qara kadrlardan başlayan yolun məhz ən yüksək formatlı müasir yayım səviyyəsinə çatması böyük bir qürur doğurur. Amma ən əsası da odur ki, bu 70 ildə texnologiya dəyişsə də, televiziyamızın milli o səmimi ruhu, xalqın güzgüsü olma missiyası heç zaman dəyişməyib. Bu yubiley bizim üçün həm keçmişimizə hörmət, həm də gələcəyə atılan ən böyük addımdır. Bu gün tam səmimi şəkildə açıq etiraf edim ki, sosial media çox sürətlidir, amma televiziya mötəbərdir və öz mötəbərliyini qoruyur. İnstagramda Facebook da hətta teleqramda bir xəbər saniyələr içində yayıla bilir. Lakin insanlar hələ də görəsən xəbərlər nə deyəcək? deyib ekran qarşısına keçirlər. Çünki televiziya məsuliyyətdir. Biz öz mötəbərliyimizi xüsusilə iki amillə qorumağa çalışırıq və qeyd edim ki, bunlar hansı amillərdə dəqiqlik və estetikadan gedir. Söhbət sosial media kütləvi informasiya kirliliyi yaradır və bu gün 7-dən 77-yə hər kəs bunu səmimi şəkildə etiraf edir. Biz televiziyaçılar isə həmin kirliliyin içindən həqiqəti süzüb çıxarırıq. Üstünlüyümüz vizual keyfiyyət və peşəkar analizdir. Tamaşaçı bilir ki, əgər xəbər Azərbaycan televiziyasında səslənibsə, deməli, o, həqiqətin özüdür. Əsl həqiqətdir. Biz rəqəmsal dünya ilə rəqabət aparmırıq. Əksinə, onun tərəfdaşına çevrilərək, öz məzmunumuzu daha da əlçatan etməyə çalışırıq. Azərbaycan televiziyasında xəbərlərdə redaktor olaraq çalışmaq sadəcə bir vəzifə deyil. Bu bir əmanətdir. Qeyd edim ki, Xəbərlər Departamenti televiziyanın elə döyünən ürəyidir desəm, hər halda digər redaksiyalarda çalışan əməkdaşlar bu sözümdən inciməz. Çünki redaktor olaraq mənim çiyinlərimdəki məsuliyyət hər kəlmənin çəkisini ölçməkdir. Dövlət başçımızın fəaliyyətindən tutmuş cəbhədəki əsgərimizin, səngərdə dayanan o əsgərin uğuruna qədər hər bir informasiyanı elə təqdim etməliyik ki, o, milli sərvət ifadəsinin ağırlığını hiss eləyə bilək. Bizim hər bir xəbərimiz tarixə düşən sənəddir. Səhv eləmək kimi bir lüksümüz də yoxdur. Bu məsuliyyət həm də qürurdu. Çünki biz Azərbaycanın səsini dünyaya çatdıran böyük mexanizmin bir parçasıyıq. Zəfər qazanmış ölkənin xəbərçisi olmaq isə bu məsuliyyəti qeyd edim ki, iki qat artırır. Yekunda bütün Azərbaycan televiziyası sevənlərinə söyləmək istəyirəm ki, bu 70 illik ulu çinarın altında xidmət etmək hər birimiz üçün şərəfdir".
Əziz Azərbaycan Televiziyası Sevənlər bayramınız mübarək olsun!
Ayşən Səlimova
