00:00:00
Yazar
Admin User
05.12.2025 08:35 164 3 dəq oxuma
Maraqlı

8-ci Həmrəylik Forumunda Könüllülərə “İlin Könüllüsü” Mükafatı Verilib

8-ci Həmrəylik Forumunda Könüllülərə “İlin Könüllüsü” Mükafatı Verilib

8-ci Həmrəylik Forumu uğurla baş tutub. Forum çərçivəsində il ərzində fəallığı, fədakarlığı və cəmiyyətə göstərdikləri töhfə ilə seçilən könüllülər xüsusi olaraq təltif olunublar. Tədbir, könüllülük hərəkatının inkişafında mühüm rol oynayan gənclərin əzmini və sosial məsuliyyətini bir daha önə çıxarıb.

 

Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Hüseynov çıxışında bildirib:


“Həmrəylik hissi hər birimizin daşıdığı məsuliyyət hissidir. Könüllülər isə bu məsuliyyətin ən fəal və ən fədakar daşıyıcılarıdır.”

 

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev isə qeyd edib:


“Gənc nəslin - xüsusilə də kökləri bu torpağa bağlı olan gənclərin - bu proseslərə daha geniş cəlb olunması çağırışına və “Böyük Qayıdış”tədbirlər planına uyğun olaraq, Gənclər Fondu tərəfindən Qayıdış Könüllüləri proqramı formalaşdırılıb”.

 

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxışında könüllülərin fədakar əməyini vurğulayaraq deyib:


“Kadrların görünməyən hissəsində könüllülərin sevgi dolu xidmətləri və əziyyətləri dayanır. Dəyərli könüllülər, bayramınız və gününüz mübarək olsun”.

 

Tədbir zamanı fərqlənən könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunublar. Mükafatçılar arasında MEDİA könüllüsü Nəzrin Xankişiyeva da yer alıb. O, təəssüratlarını belə bölüşüb:


“Bu mükafatı almaq mənim üçün böyük qürur və motivasiya mənbəyidir. Bu, təkcə gördüyüm işlərin dəyərləndirilməsi deyil, həm də gələcək fəaliyyətimə olan inamın daha da güclənməsi deməkdir. MEDİA könüllüsü kimi hər zaman öyrənməyə və fayda verməyə çalışıram. Bu mükafat isə mənə göstərir ki, doğru yoldayam. Məncə, könüllülükdə ən vacib keyfiyyətlər səmimiyyət, məsuliyyət və davamlılıqdır. Hər bir tapşırığa ürəklə yanaşmaq və komanda ilə düzgün ünsiyyət qurmaq çox önəmlidir. Eyni zamanda çeviklik və öyrənməyə açıq olmaq da bu sahədə böyük üstünlükdür. Çünki hər gün yeni situasiyalarla qarşılaşırıq və könüllülük insanı həm sosial, həm də peşəkar baxımdan inkişaf etdirir. Bu mükafatı almağımda media sahəsindəki uzunmüddətli fəaliyyətim, müxtəlif tədbirlərdə aktiv iştirakım və peşəkar yanaşmam mühüm rol oynayıb. Xüsusilə, müxtəlif layihələrin işıqlandırılması, komandanın informasiya dəstəyi ilə təmin olunması və kommunikasiya proseslərinin düzgün qurulması mənim üçün əsas təcrübədir. Hər bir layihə mənə yeni biliklər qatıb və könüllülük fəaliyyətimə daha ciddi yanaşmağı öyrədib. Düşünürəm ki, məhz bu ardıcıllıq və məsuliyyətli yanaşma mükafatın verilməsində əsas amillərdən biri idi”.


BDU könüllüləri” təşkilatının sədr müavini Nurqələm Hüseynov da “İlin könüllüsü”mükafatına layiq görülüb. O açıqlamasında bildirib ki, 2022-ci ildən könüllülük fəaliyyətinə başlayıb:


Birinci kursdan etibarən fəal şəkildə iştirak edib. İkinci kursun yanvar ayında Coğrafiya fakültəsinin sədri vəzifəsinə seçilib. Üçüncü kursun yanvarında isə “BDU könüllüləri” təşkilatının sədr müavini vəzifəsini icra edib. Bütün bu müddət ərzində könüllülük fəaliyyəti uğurlu olub və hər dəfə fərqlənmə sertifikatları ilə qiymətləndirilib. Bu il isə “İlin Könüllüsü” mükafatına layiq görülüb. Bu mükafata layiq olmaq ona təkcə nailiyyət deyil, həm də davamlı olaraq başqalarına faydalı olmaq və cəmiyyətə töhfə vermək üçün motivasiyadır. Mən inanıram ki, könüllülük insanı daha məsuliyyətli, həssas və güclü edir, və hər birimiz kiçik addımlarımızla böyük dəyişikliklər yarada bilərik”.- deyə bildirib.


"BDU könüllüləri" təşkilatının İctimaiyyərlə əlaqələr üzrə menecer fəalliyyəti göstərən Səriyyə Orucova da  “İlin könüllüsü” müafatını alıb. O da fikirlərini bizimlə bölüşüb:


“Mükafatı “Uzunmüddətli könüllülük" nominasiyası üzrə qazandım. “İlin könüllüsü" olmaq qürurdur, sevincdir. “İlin könüllüsü” seçilmək sadəcə könüllülük fəaliyyətinin göstəricisi deyil, illərdir sərf etdiyi zamanın, enerjinin və sevgisinin uğurlu nəticəsidir. Mən əminəm ki, həmkarım da bu yolda mənimlə birlikdə eyni sevinc və qüruru bölüşür. Könüllü fəaliyyətini uğurlu edən keyfiyyətlərdən ən vacib məsuliyyət və işə olan səmimiyyətdir. Könüllülük fəaliyyəti zamanla öz işlərimiz ilə etibar qazandıqda, gördüyü işlə mühitə dəyər qatdığımız zaman uğurlu hesab edilir. Əlbəttə ki, komanda ilə işləmə bacarığı kimi bir sıra istiqamətlər də önəmlidir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər