00:00:00
Yazar
Asiman Vəliyeva
08.03.2026 20:29 177 3 dəq oxuma
Maraqlı

8 Mart münasibətilə Dünya Azərbaycan Qadınları Birliyinin onlayn konfransı baş tutub

 8 Mart münasibətilə Dünya Azərbaycan Qadınları Birliyinin onlayn konfransı baş tutub

Dünya Azərbaycan Qadınları Birliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn formatda geniş tərkibli Zoom konfransı təşkil edib.

 

Konfransa dünyanın müxtəlif ölkələrindən – Azərbaycan, Türkiyə, İsveç, Fransa, Kanada, Ərəbistan, Almaniya və digər ölkələrdən lider xanımlar, ziyalılar, elm adamları və ictimai fəal qadınlar qatılıblar.

 

Tədbirin təşkilatçısı və moderatoru Dünya Azərbaycan Qadınları Birliyinin rəhbəri Xatirə Qəmbərova konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. O, qadınların cəmiyyət həyatındakı rolundan, xüsusilə də diaspor fəaliyyətində Azərbaycan qadınlarının fəallığından danışıb və konfransı rəsmi olaraq açıq elan edib. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam etdirilib.

 

Konfrans çərçivəsində Azərbaycan qadınlarının diaspora fəaliyyətindəki rolu, yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında iştirakı, Dünya Azərbaycan Qadınları Birliyinin yeni nümayəndələri ilə tanışlıq, cari ildə görülən işlər və gələcək planlar ətrafında çıxışlar və müzakirələr aparılıb. Eyni zamanda iştirakçılar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir-birlərini təbrik edərək xoş arzularını bölüşüblər.

 

Konfransda müxtəlif ölkələrdən tanınmış ziyalı və ictimai fəal xanımlar çıxış ediblər. Çıxış edənlər arasında İsveçdən Gothenburg Universitetinin dosenti, “Qobustan” Aydınlar Ocağı təşkilatının sədri Dr. Saadət Kərimi, Berlin Azərbaycan Kültür və Ədəbiyyat Cəmiyyətinin sədri, şairə və yazar Şərifə Cəfəri, Sankt-Peterburqdan DAQİB və “Çinar” MMM sədr müavini Ülviyyə Abbasova, Bakıdan filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, Türkiyədən pedaqoq, ingilis dili müəllimi Ulduz Hüseyini ,Omandan diaspora fəalı,pedaqoq Emiliya Mütəllibzadə yer alıblar.

 

Həmçinin Bakıdan “Sahibkar Qadınlar İctimai Birliyi”nin sədri, Prezident mükafatçısı Zenfira Ağayeva, Bakıdan ASQİB-nin sədr müavini, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Dr. Şahnaz Kamal, Kanadada Azərbaycan Qadınlarına Dəstək Cəmiyyətinin sədri, Ontario Müəllimlər Assosiasiyasının üzvü, pedaqoq Yeganə Cəfərova çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

 

Fransadan iqtisad üzrə fəlsəfə doktoru, ALİM Elmi Assosiasiyasının rəhbəri Günel Səfərova, Bakıdan filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımova, Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili həftəsonu məktəbinin həmtəsisçisi və baş müəllimi Vüsalə Əhmədova da konfransda çıxış edərək diaspora fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətindən danışıblar.

 

Bununla yanaşı, İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Göteborg şəhəri üzrə koordinatoru Ülviyyə Nəcəfova, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının baş katibi Xuraman Ağasoy, Krımdan DAQİB-nin nümayəndələri Qızqayıt Qədirova və Leyla Muradzadə də konfransda iştirak edərək fikirlərini bölüşüblər.

 

Tədbirdə həmçinin Bakıdan AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva, şairə və tərcüməçi Dr. Nigar Xəlilova, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Elmiyyə Abdullayeva, pedaqoq və tarix müəllimi Həziyeva Nigar, -Bakıdan Filologiya üzrə fəlsəfə doktoru, dosent Fərqanə Zülfüqarova çıxış ediblər.

Konfransa Kazandan ictimai fəal və musiqiçi Zərif Nəsibova, Bakıdan ictimai fəal, həkim İsbiyeva Rəqibə, Moskva Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova, İsmayıllı rayon Ceyhun Həsənov adına Kürdamaşı kənd tam orta məktəbinin direktoru Məhəbbət Qəmbərova da qoşularaq tədbirdə fəal iştirak ediblər.

 

Eyni zamanda Yaroslavl Azərbaycan Qadınları Birliyinin nümayəndələri Aynur Qafarova, Ülviyyə Ayubova və Əfsanə Allahverdiyeva da konfransın iştirakçıları sırasında yer alıblar.

 

Onlayn konfrans qarşılıqlı fikir mübadiləsi, diaspor qadınlarının fəaliyyətinin müzakirəsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından məhsuldar platforma kimi qiymətləndirilib.

#yeni #baş #xəbər #qadınları #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər