8 Sentyabr
"İnformator.az" xəbər verir ki, 8 sentyabr bütün dünyada savadlılığın insan həyatında və cəmiyyətlərin inkişafında oynadığı rolu ön plana çıxarmaq üçün qeyd olunur. Savadlı olmaq sadəcə oxuyub-yazmaq bacarığı deyil, həm də insanın dünyagörüşünü genişləndirən, sosial bərabərliyi təşviq edən, gələcəyə inamı gücləndirən əsas dəyərlərdəndir. Təəssüf ki, bu gün də milyonlarla insan savadsızlıqdan əziyyət çəkir və bu, onların sosial həyatda iştirakını məhdudlaşdırır.
Beynəlxalq Savadlılıq Günü isə həm hökumətləri, həm də cəmiyyətləri bu problemi aradan qaldırmaq üçün birgə fəaliyyətə çağırır. Çünki savadlı cəmiyyət güclü, ədalətli və inkişaf edən gələcəyin təməlidir. Hər bir insanın təhsil hüququnun qorunması, qızların və qadınların təhsildən kənarda qalmamasına xüsusi diqqət ayrılması bu günün əsas mesajları sırasındadır.
Savadlılıq yalnız fərdi inkişaf deyil, həm də iqtisadi tərəqqi və sosial sabitlik üçün vacib şərtdir. Gələcək nəsillərin işıqlı gələcəyi isə məhz bu gün qoyulan təhsil və maarifçilik təməlləri üzərində qurulacaq.
Banuçiçək Məmmədova
