00:00:00
Yazar
Admin User
08.09.2025 15:32 231 2 dəq oxuma
Mədəniyyət

8 Sentyabr

8 Sentyabr

8 sentyabr dünyada jurnalistlərin həmrəylik və birlik günüdür. Bu gün azad mətbuatın əhəmiyyəti, jurnalistlərin cəmiyyət üçün fədakar fəaliyyəti və qarşılaşdıqları çətinliklər bir daha xatırladılıb. Jurnalistlərin təhlükəsizliyi, söz azadlığı və etik prinsiplərə sadiqlik bu günün əsas mesajıdır.

 

Bu mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında BDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli bildirib ki, həmrəylik dünən də, bu gün də jurnalistlər üçün çox böyük, vacib, aktual məna daşıyıb:

 

“Yəqin ki, gələcəkdə də bu məna davam edəcək. Adətən hakim dairələr jurnalistləri sevmir. Çünki jurnalistlər həqiqəti deyir. Həqiqəti deyənləri sevənlər azdır. Məsələn, biz vaxtilə Azərbaycan müstəqil olandan dərhal sonra istədik ki, qərb jurnalistikasına söykənək və onların prinsiplərini həyata keçirək. Bir müddət bununla bağlı işlədik. Lakin gördük ki, qərb jurnalistikası prinsipləri qəti surətdə özü həyata keçirmir və bizə məsləhət görüb ki, biz həyata keçirək. Biz qərara gəldik ki, biz öz həmrəyliyimizi öz içimizdə quraq və əsas söykəndiyimiz mənbə Azərbaycan klassik jurnalistikası olub”.

 

Həmçinin müsahibimiz bildirib ki, qonşu dövlətlər Azərbaycana xəyanət edib:

 

“Buna görə də, Azərbaycan jurnalistləri üçün həmrəylik vacibdir.44 günlük müharibədə sözün həqiqi mənasında birləşən Azərbaycan jurnalistləri deyilən bir məqam ortaya çıxıb. Ona görə də, biz bu təcrübəylə yaşamaqda davam edirik”.

 

Eyni zamanda müsahibimiz bildirib ki, bu gün jurnalistlərimizin həmrəyliyi bir neçə keyfiyyətə xidmət edib:

 

“Milli maraqları, milli mənəvi dəyərləri,düşmənə nifrət yaratmağı təbliğ edib. Düzdür bu həmrəyliyi bəyənməyən jurnalistlərimiz də var. Amma bütün bunlara qarşı,jurnalistlərin arxasında dayanan Ali Baş Komandan var. Jurnalistlər heç vaxt rahat yaşayan bir zümrə olmayıb. Çünki Ulu Öndər Heydər Əliyevin dediyi kimi, jurnalistlər həqiqəti deyib deyə onları sevməyən adamlar çoxdur. Əsas problemlərdən biri isə jurnalistlərin maaşları çox aşağıdır. Onlara iqtisadi cəhətdən kömək etmək lazımdır. Bu məsələ üzərində ciddi dayanılmalıdır. Həmçinin jurnalistlərimizə Azərbaycan telekanallarında ciddi şərait yaradılmalıdır”.

 

Müsahibimiz həm də bildirib ki, ölkəmizdə demokratik jurnalistika özünü göstərməkdədir:

 

“Lakin yenə də çətinlikləri çoxdur. Bəzən məmurlar jurnalistlərə cavab verməkdən imtina ediblər. Halbuki, konstitusiyamız deyir ki, hakim dairələrin rəhbərləri jutnalistlərə mütləq cavab verməlidir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər