00:00:00
Yazar
Banuçiçək Məmmədova
19.03.2026 17:09 57 1 dəq oxuma
Sosial

80 min insan Novruzu Qarabağda qeyd edəcək

80 min insan Novruzu Qarabağda qeyd edəcək

Bu gün də daxil olmaqla, işğaldan azad edilmiş ərazilərə ümumilikdə 80 mindən çox insan köç edib və fəaliyyət göstərir. Bu göstəriciyə yalnız keçmiş məcburi köçkünlər deyil, həm də bölgədə həyata keçirilən layihələrdə çalışan mütəxəssislər, müxtəlif dövlət qurumlarının yerli bölmələrində xidmət edən əməkdaşlar, eləcə də yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində işləyən şəxslər daxildir.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.

 

Onun sözlərinə görə, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və ya bərpa edilərək istifadəyə verilib.

Beləliklə, builki Novruz bayramını Qarabağda qeyd edəcək insanların sayı da 80 min nəfərdən çoxdur.

#min #baki #qeyd #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər