00:00:00
Yazar
Admin User
01.01.2026 19:53 102 1 dəq oxuma
İqtisadiyyat

AB-dən Ermənistana 2,5 dəfə artım, Azərbaycana isə...

AB-dən Ermənistana 2,5 dəfə artım, Azərbaycana isə...

2022-ci il fevralın 24-də Ukraynada müharibənin başlamasından sonra AB genişmiqyaslı sanksiyalar tətbiq edib və bu sanksiyalar Rusiyaya ixracı 66% - 2021-ci ildəki 89 milyard avrodan 2025-ci ilin sentyabrına qədər 30 milyard avroya qədər - azaldıb.

 

"İnformator.az"xəbər verir ki, bu barədə iqtisadçı Ehsan Soltaninin təhlilində bildirilir.

 

Eyni dövrdə AB-nin bir sıra MDB ölkələrinə - Qazaxıstan, Moldova, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Azərbaycan və Ermənistana ixracı iki dəfədən - 108% artaraq, 15,5 milyard avrodan 32,2 milyard avroya çatıb.

 

Belə ki, 2022-ci ilin fevral ayında AB Ermənistana 770 milyon avro dəyərində mal ixrac edibsə, 2024-cü ilin iyul ayına qədər bu rəqəm 2,5 dəfə və ya 150% artaraq 1,96 milyard avroya çatıb.

 

2022-ci ilin fevral ayında Aİ Azərbaycana 1,51 milyard avro dəyərində mal ixrac edib, 2024-cü ilin iyul ayına isə bu rəqəm 1,6 dəfə və ya 60% artaraq 2,48 milyard avroya çatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər