00:00:00
Yazar
Admin User
15.01.2026 18:34 68 1 dəq oxuma
Dünya

AB Kipr məsələsində vasitəçi ola bilməz

AB Kipr məsələsində vasitəçi ola bilməz

Kipr Administrasiyasının Avropa Birliyinə (Aİ) müvəqqəti sədrliyi qəbul edərkən Şimali Kipr Türk Respublikasına qarşı istifadə etdiyi "işğal" və "ilhaq" ifadələri tamamilə qeyri-qanunidir.

 

"İnformator.az" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik deyib.

 

"Əsl işğal və ilhaq 1963-cü ildə yunan tərəfinin Kipr türklərinin hüquqlarını əllərindən alması ilə başlayıb" , - sözçü qeyd edib.

 

Onun sözlərinə görə, AB-nin Yunanıstan və Cənubi Kiprin marginal tezislərinə əsir olması, birliyi qlobal bir güc olmaqdan çıxarıb.

 

"AB Kipr məsələsində tərəfsiz deyil, buna görə də heç vaxt vasitəçi ola bilməz" , - Ö.Çelik vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər