00:00:00
Yazar
Admin User
13.10.2025 18:59 133 2 dəq oxuma
İqtisadiyyat

“AB-nin Rusiyanın neft və qazından imtinası dərhal baş verməyəcək”

“AB-nin Rusiyanın neft və qazından imtinası dərhal baş verməyəcək”

Oktyabrın 16-da Avropa Parlamenti (AP) müvafiq komitəsində Avropa Komissiyasının AB ölkələrinin Rusiyadan bütün formalarda neft və qaz almasına tam və daimi qadağa qoyulması təklifi üzrə ilk səsverməni keçirəcək.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, AB-nin Rusiyanın neft və qazından imtinası dərhal baş verməyəcək:

 

“Qərar qəbul olunsa belə, səsvermədən keçsə belə çox güman ki, qərarın yerinə yetirilməsi ehtimalı 2027-ci ilə qədər olacaq. 2027-ci ilin yanvarına qədər artıq tamamlanmalıdır. Söhbət ondan gedir ki, Avropa tamamilə rus qazından və neftindən imtina etsə, bunun alternativləridə tapılmalıdır, yəni hansı ölkələrdən özlərini təmin etsələr daha yaxşı olar. Dünya bazarında müəyyən qədər gərginlikdə yarana bilər, çünki Rusiyanın dünya bazarındakı, əsasən də, neft bazarındakı payı kifayət qədər böyükdür. 4,5-5 milyon barelə yaxın Rusiya dünya bazarında hər gün neft satır. Onun gündəmdən tamamilə çıxması, neft bazarından kənarlaşması neft qiymətlərinidə qaldıra bilər. Avropa və Amerikaya buda sərf etmir. Rusiyanın qarşısını kəsmək yox, onun iqtisadi dayaqlarını zəiflətmək yox, həm də dünya bazarında ds bunun təsirlərini hesablamaq lazımdır. Ona görə də çalışacaqlar ki, bundan sonra elə bir addımlar atılsın ki, Rusiya bazardan çəkildikcə, həm nefti, həm də qazı bazardan çəkildikcə əvəzinə digər mənbələrdən neft və qazın daxil olması təmin olunsun. Şirkətlər də buna çalışırlar əslində. İndi əgər bu qərar Avropada enerji daşıyıcılarını dahada bahalaşdıracaqsa, bu ona gətirib çıxarır ki, Avropa da onsuz da bahalı olan istehsal daha da bahalaşacaq və Avropanın rəqabət qabilliyətinə də zərər dəyə bilər. Bu səbəbdən də Avropalılar da buna addım-addım öz iqtisadiyyatlarına zərər vurmadan həyata keçirməyə çalışırlar”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər