Abraham Linkolnun ( Abraham Lincoln ) Oğlunun Müəlliminə Yazdığı Məktub
ABŞ-ın keçmiş prezidentlərindən biri olan Abraham Lincolnun oğlunun müəlliminə yazdığı məktub:
Ona öyrət ki...
“Öyrənməsini lazım bilirəm; bütün insanların dürüst və təmizqəlbli olmadığını...Lakin bunu da öyrət ona; hər alçağa qarşılıq bir qəhrəman, hər özünü fikirləşən siyasətçiyə qarşılıq özünü yaddan çıxaran bir lider var.”
“Hər düşmənə qarşılıq bir dost da olduğunu da öyrət ona! Uzun vaxt alacaq bilirəm, ancaq öyrətə bilsən, qazanılan bir dolların, tapılan beşindən daha dəyərli olduğunu öyrət. İtirməyi öyrənməsini öyrət!.. Və həm də qazanmaq sevincini, qısqanclıqlardan uzağa apar onu...”
“ Əgər bacarsan, səssiz gülüşlərin sirlərini öyrət ona...Qoy əvvəldən öyrənsin, daha qüvvətlilərin görünüşdə qalib olduqlarını...”
“Əgər bacarsan, ona kitabların möcüzələrini öyrət. Ancaq ona səssiz vaxtlar da saxla. Göy üzündəki quşların, günəşin qarşısındakı arıların və yamyaşıl yamacdakı çiçəklərin ədəbi sirlərini düşünəbiləcəyi... Məktəbdə səhv etməyin , bilib etməkdən çox daha qürurverici olduğunu öyrət ona...Ona öz fikirlərinə inanmasını öyrət.Hərkəsin ona səhv düşündüyünü deyəndə belə...”
“Mədəni insanlara qarşı mədəni, qəddar insanlara qarşı qəddar olmağı öyrət ona...”
“Hərkəs bir-birinə qoşulmuş eyni yolu gedərkən, kütlələri dalınca düşməyəcək gücü verməyə çalış oğluma! Bütün insanlara qulaq asmağı öyrət ona, ancaq bütün dinlədiklərini gerçəyin ələyindən keçirməyi və sadəcə yaxşı olanları həzm etməsini öyrət.”
“Əgər bacarsan, kədərlənəndə belə necə gülümsəməli olduğunu öyrət ona...Gpz yaşlarında heç bir utancın olmadığını öyrət. Hərkəsin, sadəcə öz xeyri üçün çalışanlara, ağız büzdüyünü öyrət. Və həddən artıq marağa diqqət yetirməsini...”
“Ona, qüvvətini və beynini ən yüksək qiymət verənə satmasını, ancaq heç vaxt qəlbinə və ruhuna qiymət etiketi qoymamağı öyrət...Ulayan bir insan kütləsinə qarşı qulaqlarını tıxamağı öyrət.Və haqlı olduğuna inananda, dimdik dikilib savaşmağı öyrət.Ona mədəni davran, ancaq onu qucaqlama!..Çünkü yalnız od poladı təmizləyir. Qoy səbirsiz olacaq qədər cəsarətə sahib olsun.Ona özü üçün dərin bir inanc daşımağı öyrət.Beləcə insanlara qarşı da dərin bir inanc daşımış olacaq...”
“Bu böyük bir tələbdir.Nə qədərini edə biləcəksən görək...O nə qədər balaca yaxşı insan. Oğlum... ”
