00:00:00
Yazar
Admin User
15.10.2025 16:18 222 2 dəq oxuma
İqtisadiyyat

ABŞ 1 noyabrdan etibarən Çin mallarına 100% rüsum tətbiq edəcək

ABŞ 1 noyabrdan etibarən Çin mallarına 100% rüsum tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun 1 noyabrdan etibarən və ya ondan daha tez Çinə gömrük rüsumlarını 100% artıracaq.

Mövzu ilə əlaqədar olaraq iqtisadçı Günay Hüseynova "İnformator.az" a açıqlamasında bildirib ki, ABŞ məhsul istehsalında 100% özünü təmin etmir:

 

"ABŞ və Çin arasında illərdir " iqtisadi müharibə " davam etməkdədir.ABŞ - dən Çin iqtisadiyyatına müxtəlif illərdə iqtisadi sanksiyalar tətbiq edilib.Bu ildə fərqli model ,daha ətraflı desək 100 % idxal rüsumu tətbiq ediləcək.Əsas səbəblərdən biri də ABŞ-nin Çini ədalətsiz ticarət praktikasında günahlandırmasıdır.Bundan əlavə idxalın çox ixracın az olması və mənfi ticarət saldosunun yaranması da dolayı səbəblərdən hesab olunur.
Qərarın ABŞ və Çin arasındakı ticari münasibətləre təsirinə qaldıqda əsas zərəri istehsalçı və istehlakçılar görəcək.Belə ki,ABŞ məhsul istehsalında 100% özünü təmin etmir.Xammal,ehtiyat hissələri və lazımı avadanlıqlar Çindən idxal olunur.Mövcud vəziyyətdə rüsum məhsulların bahalaşmasına səbəb olacaq.Kiçik və Orta biznes sahibləri daha çox zərərə məruz qalacaqlar .Yuxarda qeyd etdiyim kimi,istehlakçılara da təsirsiz ötüşməyəcək.Gəlirlər artmadan xərcləri artması, təbii ki,onlara da mənfi təsir göstərəcək.
Mövcud vəziyyətdə ya alıcılar bahalı məhsullara üz tutacaqlar, ya idxal hesabına ərsəyə gələn məhsul bazara baha qiymətə çıxarılacaq və ya bazardan çıxacaq tələbin azalmasına yönələcək.
Yeni rüsumların qlobal bazarlarda göstərəcəyi deyişikliyə qaldıqda isə ABŞ baxımından yuxarda qeyd etdiyim kimi, ya tamamı ilə sıradan çıxacaq, ya baha qiymətə təklif olunacaq. Bundan əlavə, istehsalçı xammal üçün alternativ bazara yönələcək.Asiya və Avropa iqtisadiyyatına qaldıqda əgər ölkə onu ABŞ-dən idxal edirsə təbii ki,yekunda qlobal iqtisadiyyatda qiymət artımı olacaq.Bundan əlavə alternativ məhsul, yəni xammal və sairə. Avropa Asiya bazarında olarsa həmin ölkələrə yönəlmə ola bilər.Vyetnam,Hindistan, Malaziya kimi ölkələrə
ABŞ istehlakçıları və şirkətlərinin bu qərardan necə təsir görəcəklərinə qaldıqda isə əsas təsiri kiçik və orta biznes görəcək.Onlar da qeyd etdiyim kimi,alternativ bazara yönəlmək və ya tranzit ölkə vasitəsi ilə idxal etmək və sairə kimi vasitələrə yönələ bilərlər.
100% idxal rüsumu gəlir gətirsə də, istehlakın azalmasına, inflyasiya həddinin yüksəlməsinə səbəb olacaq".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər