00:00:00
Yazar
Admin User
15.01.2026 10:23 61 1 dəq oxuma
Dünya

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etdik.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin  Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. Sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - açıqlamada deyilir.


Qeyd edək ki, ötən gün yayılan məlumatda da dəqiqləşdirilərək, immiqrant vizalarının dayandırıldığı vurğulanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər