ABŞ birjalarında kəskin eniş: Dow “korreksiya” mərhələsinə düşüb
Nyu-Yorkda ABŞ fond bazarları İranla müharibənin nə qədər davam edəcəyi ilə bağlı qeyri-müəyyənlik və enerji qiymətlərinin artması narahatlığı səbəbilə kəskin enib.
Dow Jones 793 punkt (1.73%) düşərək 45,167 səviyyəsində bağlanıb və fevraldakı zirvəsindən 10% aşağı düşərək “korreksiya” mərhələsinə daxil olub.
S&P 500 1.67%, Nasdaq isə 2.15% azalıb. Hər üç indeks avqustdan bəri ən aşağı səviyyədə bağlanıb. Nasdaq artıq rekord səviyyəsindən 12.5%-dən çox geriləyib.
S&P 500 son iki gündə 3.4% düşərək apreldən bəri ən pis nəticəsini göstərib və hazırda zirvəsindən 8.74% aşağıdır.
CNN News
Ədilə Hüseynzadə