00:00:00
Yazar
Güllər Gülhüseynova
06.05.2026 09:37 15 1 dəq oxuma
Dünya

ABŞ BMT TŞ-nin Hörmüz boğazı ilə bağlı qətnamə layihəsinə dəyişiklik edib

ABŞ BMT TŞ-nin Hörmüz boğazı ilə bağlı qətnamə layihəsinə dəyişiklik edib

ABŞ administrasiyası Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə dəyişiklik edib, lakin Rusiya və Çinin dəstəyinə əmin deyil.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi və Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Rubio Ağ Evdə keçirilən brifinqdə bildirib.

 

Bundan əvvəl BMT Təhlükəsizlik Şurası Rusiya və Çinin vetoları səbəbindən Hörmüz boğazı ilə bağlı sənədi qəbul edə bilməyib.

 

"Bilmirik", - Rubio qətnamənin qəbul edilmə zəmanətləri ilə bağlı suala cavab olaraq deyib.

 

"Düşünürəm ki, heç kim yenidən veto qoyulmasını istəmir, ona görə də mətndə bəzi kiçik düzəlişlər etdik", - o əlavə edib.

#qətnamə #layihəsinə #boğazı #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər