00:00:00
Yazar
Ayan Sadi
23.10.2026 21:11 29 2 dəq oxuma
Dünya

Neftin qiymətinin sabitləşməsi iki müharibənin başa çatmasından asılıdır

Neftin qiymətinin sabitləşməsi iki müharibənin başa çatmasından asılıdır

Bu gün dünya bazarında neftin qiymətinin artmasına səbəb olan əsas amillərdən biri geosiyasi gərginliklərdir. Neft hasil edən və ixrac edən ölkələrdə baş verən müharibələr, siyasi böhranlar və iqtisadi sanksiyalar neftin hasilatına, daşınmasına və ixracına maneələr yaradır. Bütün bu geosiyasi proseslər neftin qiymətində gündəlik dəyişikliklərə səbəb olur. Bu gün də neftin qiymətində artım müşahidə olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”saytına açıqlama verən iqtisatçı Akif Nəsirlinin sözlərinə görə,neftin qiymətinin sabitləşməsi Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəniyyət daşıyır.

 

“Ölkənin dövlət büdcəsinin gəlirləri,ixrac daxilolmaları və valyuta gəlirlərinin əhəmiyyətli hissəsi neft-qaz sektorundan formalaşır.Neftin qiymətinin yüksək olması büdcə gəlirlərini və valyuta ehtiyaclarını artıra bilər.Lakin burada əsas məsələ,təkcə neftin bahalı olması deyil,qiymətlərin proqnozlaşdırıla bilən səviyyədə qalmasıdır.Kəskin qiymət dəyişiklikləri büdcə planlaşdırmasını çətinləşdirir,iqtisadi qərarlara və investisiya mühitinə təsir göstərir.Neftin qiymətinin həddindən artıq bahalaşması isə dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini gücləndirərək gələcəkdə tələbatın azalmasına səbəb ola bilər”

 

İqtisatçı bildirib ku,münaqişələr davam edərsə neft bazarında qeyri-müəyyənlik və qiymət dəyişkənliyi arta bilər.

 

“Neft hasilatına,ixrac marşrutlarına və Hörmüz boğazı kimi strateji nəqliyyat yollarına təhlükə yaranarsa,dünya bazarına neft tədarükündə fasilələr baş verə bilər.Bu halda qiymətlər yüksələ bilər.Ancaq müharibənin davam etməsi neftin mütləq bahalaşacağı demək deyil.Dünya iqtisadiyyatında zəifləmə,tələbatın azalması,digər ölkələrdə hasilatın artması və OPEC+qərarları qiymət artımını məhdudlaşdıra bilər.Azərbaycan üçün yüksək neft qiymətlərinin müsbət tərəfi büdcəyə daha çox gəlir daxil olmasıdır.Lakin dünya bazarında uzunmüddətlo qeyri-sabitlik enerji daşıyıcılarının qiymətini,daşınma və istehsal xərclərini artıraraq qlobal inflyasiyani gücləndirə bilər.Bu da idxaldan asılı olan sahələr vasitəsilə ölkəmizdə ərzaq və digər məhsulların qiymətlərinə təsir gösdərə bilər”

 

İqtisatçının fikrincə,iki münaqişənin başa çatması geosiyasi riskləri azalda və neft bazarında sabitliyə töhfə verə bilər.Bununla belə,neftin qiymətini yalnız müharibələr müəyyən etmir.Qlobal tələb,təklif,hasilat siyasəti və dünya iqtisadiyyatının vəziyyəti də mühüm rol oynayır.Azərbaycan üçün ən dayanıqlı yanaşma neft gəlirlərinin dəyişkənliyini nəzərə almaq,büdcəni ehtiyatlı planlaşdırmaq və iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməkdir.

 

 

Pənahova Şəbnəm

#asılıdır #gündəm #iki #yeni #başa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər