00:00:00
Yazar
Ayan Sadi
23.10.2026 21:13 30 2 dəq oxuma
Dünya

Yaxın Şərqdəki gərginlik dünya bazarında neft qiymətlərini artırır

Yaxın Şərqdəki gərginlik dünya bazarında neft qiymətlərini artırır

ABŞ Prezidenti Donald Tramp İranı ABŞ-də keçiriləcək aralıq seçkilər ərəfəsində neftin qiymətini artırmağa çalışmaqda ittiham edib. Onun sözlərinə görə, Tehran bu məqsədlə müxtəlif addımlar atır və enerji bazarına təsir göstərməyə çalışır. Trampın açıqlaması Yaxın Şərqdəki gərginliyin dünya enerji bazarına və neft qiymətlərinə mümkün təsirləri fonunda səsləndirilib.

Politoloq Oqtay Qasımov açıqlamasında qeyd edir ki, dünya enerji qiymətlərinin artmasına təkcə Rusiya-Ukrayna müharibəsi və İranın addımları deyil, Tramp və İsrailin İrana qarşı əməliyyatları, həmçinin Hörmüz və Bab əl-Məndəb boğazları ətrafında baş verən hadisələr də təsir göstərir. Bu vəziyyət dünya iqtisadiyyatına mənfi təsir edir:

"Donald Trumpın dünyada neft qiymətlərinin qalxmasında İrani ittiham etməsi hesab edirəm ki, birtərəfli yanaşmadır. Doğrudur, İran hal-hazırda əlindən gələni edir ki, dünya enerji bazarında qiymətlər yüksək olsun və bu, Amerikanın daxili bazarına da təsir etsin. Amerikalı seçicilər aralıq seçkilərində Trumpın partiyasına səs verməsinlər deyə, Trumpın gücünün zəiflədilməsi üçün İranın əl atdığı taktikadır. Neft qiymətlərinin artması əlbəttə ki, bütün ölkələrdə olduğu kimi, Amerika Birləşmiş Ştatlarının da gündəlik həyatına təsir edir. Məhz Amerikada yanacağın qiyməti ciddi şəkildə artıb və seçkilər ərəfəsində bu, Donald Trump üçün arzuolunmaz bir vəziyyətdir.

Donald Trump mümkün qədər çalışır ki, qiymətlər aşağı düşsün və bu məsələdə də digərlərini — Ukraynanı, İrani və başqalarını ittiham edərək seçicilərlə müəyyən qədər manipulyasiya etməyə çalışır. Şübhəsiz ki, qiymətlərin qalxması seçicilərdə Donald Trump-la bağlı narazılıq yaradacaq. Keçirilən son sorğular da göstərir ki, onun və partiyasının nüfuzu xeyli aşağı düşüb ki, bu da seçkilərdə Trumpın partiyası üçün müəyyən risklər deməkdir".

Ekspert bildirir ki, Trampın və Netanyahunun son açıqlamaları İranla seçkilərdən sonra hərbi qarşıdurma riskinin yüksək olduğunu göstərir.

 

Ayan Məmmədzadə

#xəbər #neft #azərbaycan #gərginlik #artırır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər