00:00:00
Yazar
Admin User
27.10.2025 19:18 168 3 dəq oxuma
İqtisadiyyat

“ABŞ Cənubi Koreya və Yaponiya üçün önəmli satış bazarıdır”

“ABŞ Cənubi Koreya və Yaponiya üçün önəmli satış bazarıdır”

ABŞ yaxın vaxtlarda Yaponiya və Cənubi Koreya da daxil olmaqla Asiyadakı bir sıra tərəfdaşları ilə ya ticarət müqavilələri bağlayacaq, ya da bağlamağa yaxın olacaq.ABŞ Prezidenti Donald Tramp bunu Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində açıqlayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Elman Sadıqov "İnformator.az"a açıqlamasında bildirib ki, Cənubi Koreya ilə Yaponiya ABŞ-nin 2-ci dünya müharibəsindən sonra cənub-şərqi Asiyada strateji müttəfiqləridir:

 

"Yaponiya və Cənubi Koreya Amerikanın 2-ci dünya müharibəsindən sonra həm Sovet İttifaq, həm də Çinə qarşı əsas istehkamlarından biri olub. Ona görə də bu əlaqələr tək iqtisadi əlaqələr müstəvisində qalmır, həm də bu ölkələr bir-biri strateji müttəfiqlərdir. Digər tərəfdən biz ticarət əlaqələrinə baxdıqda görürük ki, ABŞ həm Yaponiyanın, həm də Cənubi Koreyanın iqtisadi inkişafında çox önəmli rola malik olub, yəni hər iki ölkəyə investisiya qoyuluşlarında, sənaye inkişafında ABŞ böyük rol oynayıb. Hazırda da bu rolu oynamağa davam edir, çünki Yaponiyanın ABŞ ilə müsbət ticarət göstəricisi 2024-cü ildə 68 milyard dollar, Cənubi Koreyanın isə ABŞ ilə müsbət ticarət göstəricisi 66 milyard dollar olub. Əvvəlki illərdə bu daha böyük rəqəmlər idi, son illərdə isə nisbətən azalıb. Çinin ixracının artması fonunda nisbətən bu rəqəmlər azalıb, amma əvvəllər bu rəqəmlər daha yüksək idi, yəni faktiki olaraq ABŞ Cənubi Koreya və Yaponiya üçün önəmli satış bazarıdır. O cümlədən ABŞ üçün də Cənubi Koreya və Yaponiyanın önəmli rolu var. ABŞ-nin xarici ölkələri borcunda əsas ölkələrdən biri də Yaponiyadır. Hazırda təxminən 1 trilyondan çox Yaponiyanın ABŞ-nin stiqrazlarına investisiyaları var. Bildiyimiz kimi ABŞ-nin maliyyə nazirliyi stiqrazları buraxılır. Bu vasitə ilə ABŞ borclanır və əsas borcu olan ölkələr Yaponiya, Çindir”.

 

Həmçinin şərhçi qeyd edib ki, Cənubi Koreyanın özünün də ABŞ-də həm korporativ sektorda, həm də dövlət sektorunda böyük investisiyaları var:


“Bütün bunlar onu göstərir ki, ABŞ-Yaponiya, ABŞ-Cənubi Koreya əlaqələri əvvəllər indikinə nisbətdə daha möhkəm olub, amma son dövrlər Çinin ticarət dövriyyəsinin artması səbəbindən bu əlaqələr nisbətən zəifləyib. 1967 yaranmış ASEAN ölkələrinin ümumdaxili məhsulunun həcmi nominal olaraq 3 trilyon 840 milyard, alıcılıq qabiliyyətinə görə isə 5 trilyon ətrafındadır və ASEAN ölkələrinin də ABŞ ilə ticarət balansı müsbət göstəricidir, yəni ASEAN ölkələri ABŞ-yə daha çox ixrac edirlər. ABŞ ilə ASEAN ölkələri arasındakı ticarət balansı 420 milyard dollardır və 300 milyard dollar ASEAN ölkələri ABŞ-yə məhsul ixrac edir. 120 milyard dollar isə ABŞ-dən idxal edirlər. Ticarət balansı ASEAN ölkələrinin xeyrinə müsbət 180 milyard dollardır. Bu gün yüksək inkişaf mərhələsinə qədəm qoymuş Filippin, Vyetnam kimi ölkələr məhz öz inkişaflarına görə ABŞ-yə borcludurlar, çünki ən böyük bazarları ABŞ-dir. Rusiya- Ukrayna müharibəsində artıq Tramp özü qeyd edir ki, məyus olub və faktiki olaraq artıq Çin ilə yaxınlaşma dövri başlayıb. ABŞ və Çin anlayır ki, onların arasındakı ticarət və iqtisadi əlaqələr o sıxdır ki, bu əlaqələri qoparmaq nəinki hər iki ölkənin , hətta bütün dünya iqtisadiyyatı üçün böyük fəlakət olar. 2024-cü ildə ABŞ ilə Çin arasında ticarət balansı Çinin xeyirinə müsbət 295,5 milyard dollar olub”.

 

Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər