ABŞ-dən növbəti əməliyyat: 3 qayığa zərbə endirilib
ABŞ Sakit Okeanın şərqində və Karib dənizində narkotik qaçaqmalçılıqda şübhəli bilinən 3 qayığa hücum edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Cənub Komandanlığı məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində 11 nəfər həyatını itirib.
Tramp administrasiyasının narkotik qaçaqmalçılarına qarşı beş aydır apardığı mübarizə nəticəsində ölənlərin sayı 144-ə çatıb.
