00:00:00
Yazar
Nərmin Həşimova
29.05.2026 18:33 18 2 dəq oxuma
Siyasət

ABŞ-dən Omana sərt xəbərdarlıq- ŞƏRH

ABŞ-dən Omana sərt xəbərdarlıq- ŞƏRH

ABŞ Hörmüz boğazından keçid üçün ödəniş sistemi yaradılması təşəbbüslərinə qarşı sərt mövqe nümayiş etdirib. Vaşinqton bu prosesə dəstək verən tərəflərin sanksiyalarla üzləşəcəyini açıqlayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Oman əvvəlcə tərəfsizlik nümayiş etirib, hətta müharibədən əvvəlki danışıqlara ev sahibliyi də edib:


“Lakin Hörmüz boğazı ilə bağlı İranın təkidləri ilə ödəniş tələbi məsələsində razılaşıblar. İran ümumiyyətlə öz yanına daha çox müsəlman ölkəsi çəkməklə ABŞ-nin hədəfinə gətirmək istəyir. Burada Oman tərəfsizliyini qoruduğu üçün İranın güdaza verdiyi ölkə ola bilər. Ərəb ölkələrini İran beləcə ABŞ-nin hədəfinə gətirir, sonra geri çəkilir. ABŞ ümumiyyətlə Hörmüz boğazında ödənişi qəbul etmir və boğazı dünya sularına məxsus olaraq qəbul edir. Ödəniş tələbi artıq boğazın İran nəzarətində olması deməkdir. Yəni, ödənişi kim tələb edirsə, boğaz onun nəzarətindədir demək. İran və ABŞ arasında gərginlik davam edir və edəcək. Müvəqqəti atəşkəs yeni müharibəyə zəmin yarananadək davam edəcək. İranın Omanı bu işə cəlb etməkdə əsas məqsədi ABŞ-İran münaqişəsində neytral müsəlman ölkəsinin qalmamasıdıdır. Eyni zamanda, daha çox ölkəni ABŞ-nin hədəflərinə tuş gətirməkdir ki, münaqişə şaxələnsin. Əks halda hazırkı gərgin ərəfədə Omanın bu prosesə qoşulmasının başqa mənası yoxdur. Hörmüz boğazından ödəniş tələbi əsassızdır, beynəlxalq hüquqa ziddir və İran bu məsələdə ABŞ-ni yox, əslində, boğazdan istifadə edərək bütün ölkələri hədəfə alır. Omanın da bu məsələdə iştirak cəhdi təbii ki, ABŞ və digər ölkələrin təzyiqi, sanksiyaları ilə nəticələnə bilər”.


Gövhər Mehyəddinova

#ABŞ #Oman #xəbərdarlıq #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər