ABŞ-da itən 3 yaşlı uşağı dron tapdı
ABŞ-da itən 3 yaşındakı uşaq dronun köməyilə tapılıb.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Vaşinqton ştatının Kittitas bölgəsində baş verib. Yerli vaxtla saat 09:20 radələrində ailə polisə zəng edərək, 3 yaşlı qızlarının itkin düşdüyü barədə məlumat verib.
Kənddə yaşayan ailənin yardımına Kittitas polis şöbəsinin əməkdaşları gəlib. Axtarış-xilasetmə işləri pilotsuz uçuş aparatı vasitəsi ilə həyata keçirilib. Axtarış işlərinə itlər və helikopter də cəlb edilib.
Dron qızı evlərindən 300 metr uzaqlıqda tək gəzdiyini qeydə alıb. Daha sonra polis qrupları qızın tapıldığı yerə yönəldilib. Balaca qız itdikdən təxminən 2 saat sonra ailəsinə təhvil verilib.
Fatima
