ABŞ-da körpü uçub
Ohayoda körpünün uçması nəticəsində 1 nəfər ölüb,1 nəfər yaralanıb.
“Reuters”in məlumatına görə ABŞ-da Ohayo və Kentukki ştatlarını birləşdirən körpünün uçması 1 nəfərin ölümünə səbəb olub. Hadisə Sinsinnati şəhərində baş verib. Konstruksiyanın çökməsi nəticəsində körpünün üzərindən keçən yük maşınının sürücüsü də ağır yaralanıb. Hadisənin baş verdiyi yolda ictimai nəqliyyatın hərəkəti dayandırılıb. İnsidentin səbəbləri araşdırılır.
