ABŞ-dan süni intellekt tədqiqatlarına 140 milyon dollar investisiya
ABŞ administrasiyası ölkədə 7 yeni milli süni intellekt tədqiqat institutunun yaradılmasına 140 milyon dollar maliyyə ayıracağını açıqlayıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Bayden və ABŞ vitse-prezidenti Kamala Harrisin administrasiyasının süni intellektdə məsuliyyətli innovasiyaları daha da inkişaf etdirmək, insanların hüquqlarını və təhlükəsizliyini qorumaq üçün atdığı yeni addımlar çatdırılıb.
Sözügedən açıqlamada süni intellektin dövrün ən güclü texnologiyalarından biri olduğu, lakin təqdim etdiyi imkanlardan yararlanmaq üçün ilk növbədə onun risklərinin azaldılması lazım olduğu qeyd edilib.
Açıqlamada Harris və yüksək səviyyəli menecerlərin süni intellekt innovasiyalarında ön sıralarda yer alan 4 Amerika şirkətinin CEO-ları ilə görüşəcəyi, bu şirkətlərin Google-un ana şirkəti Alphabet, Anthropic, Microsoft və OpenAI olduğu bildirilib.
Aydan
