ABŞ-dan Türkiyədə yerləşən şirkətlərə sanksiya
ABŞ Rusiyaya qarşı sanksiyaları pozduğu üçün Türkiyədə yerləşən iki şirkətə sanksiya tətbiq edib.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, bu şirkətlərin adları Dexias Türkiye və Azu International olaraq açıqlanıb.
Reuters-ə danışan ABŞ rəsmisi sanksiyaların hələlik Rusiyaya məxsus və ya Rusiyaya bağlı şirkətləri hədəf aldığını, lakin bunun sadəcə “xəbərdarlıq zərbəsi” olduğunu bildirib.
Qeyd edək ki, Qərb ölkələri son zamanlar Türkiyəyə Rusiya ilə ticarətini məhdudlaşdırmaq üçün təzyiqləri artırmışdı.
Eyni zamanda ötən il Rusiyanın “Mir” bank sistemindən çıxan Türkiyə bu il Rusiyaya paralel ixracatını dayandırıb.
Fatima Mustafayeva
