ABŞ-dan Ukraynaya növbəti hərbi yardım
ABŞ Rusiyanın hücumlarından müdafiə olunmaq üçün Ukraynaya hərbi yardım göstərməkdə davam edir.
İnformator.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb. Verilən açıqlamda ABŞ-ın Ukraynaya 300 milyon dəyərində əlavə hərbi yardım edəcəyi qeyd olunub.
Sözügedən yardım paketi ABŞ Müdafiə Nazirliyindən müharibə başlayandan bəri Ukraynaya göndərilən 37-ci yardım paketidir.
Yardım paketində döyüş sursatı, artilleriya və tank sursatları, tank əleyhinə silahlar, raketlər, atıcı silahlar və döyüş sursatları, ağır texnikanın daşınması üçün yük maşınları və qoşqular kimi zəruri vasitələr yerləşdirilib.
Fatima
