00:00:00
Yazar
Güllər Gülhüseynova
08.05.2026 09:29 16 1 dəq oxuma
Dünya

ABŞ Federal Məhkəməsi Trampın idxala tətbiq etdiyi 10%-lik rüsumları qanunsuz hesab edib

ABŞ Federal Məhkəməsi Trampın idxala tətbiq etdiyi 10%-lik rüsumları qanunsuz hesab edib

Prezident Donald Trampın təşəbbüsü ilə xarici idxala tətbiq edilən 10 faizlik rüsumun qanunsuz olması barədə qərar çıxarıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Məhkəmə iddia qaldıran kiçik müəssisələrin və iyirmiyə yaxın Amerika ştatının tərəfini tutub və dərhal iddiaçı olan iki şirkətdən, həmçinin Vaşinqton ştatından rüsumların yığılmasına qadağa qoyub. Bununla yanaşı, məhkəmə iddiada iştirak edən digər ştatların birbaşa idxalçı rolunda çıxış etmədiyini qeyd edərək universal qadağa qərarı çıxarmayıb.

 

Bu rüsum fevral ayında Tramp tərəfindən 150 gün müddətinə təsdiqlənib. O, beynəlxalq ticarət sahəsindəki fövqəladə prezident səlahiyyətlərinə əsaslanırdı və artıq qüvvədə olan tariflərin üzərinə hesablanan, idxal olunan mallar üçün əlavə vergi təşkil edirdi. Nəticədə, amerikalı idxalçılar üçün ölkəyə gətirilən məhsulların dəyəri əhəmiyyətli dərəcədə artırdı.

 

ABŞ Kiçik Biznes Koalisiyasının məlumatına görə, təkcə mart ayında 122-ci maddə çərçivəsində təxminən 8 milyard dollar yığılıb. Koalisiyanın rəhbəri Den Entoni məhkəmənin qərarını müsbət qiymətləndirib, lakin məhkəmənin ehtimal olunan şikayət dövründə rüsumların yığılmasını dayandırmamasını təəssüflə qeyd edib.

#rüsumları #edib #idxala #federal
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər