ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci bazanı tərk edib
Bazar ertəsi günü ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ən azı 10 "KC-135 Stratotanker" yanacaqdoldurma təyyarəsi Britaniyadakı "RAF Mildenhall" bazasını tərk edərək Almaniya, İtaliya və Şotlandiyadakı müttəfiq bazalara yerləşdirilib. Bu addım bir neçə həftə əvvəl "RAF Fairford" aviabazasında yaşanan şübhəli insidentdən sonra ABŞ-nin bombardmançı təyyarələrini oradan çıxarmasının ardınca atılıb.
"The Wall Street Journal" nəşri təyyarələrin köçürülməsinin İrandan gələn təhlükəyə cavab olduğunu iddia etsə də, BBC bu məlumatı müstəqil şəkildə təsdiqləməyib. Qeyd edək ki, "Fairford" bazası yaxınlığında şübhəli furqonların görünməsindən sonra Baş nazir Endi Börnhem incidentdə İranın əli olduğuna dair "güclü əlamətlər" olduğunu bildirmiş, iki Britaniya vətəndaşı məhkəmə qarşısına çıxarılmışdı. İran isə bu iddiaları rədd etsə də, ABŞ tərəfindən zərbələr üçün istifadə olunan Britaniya bazalarını "qanuni hədəf" hesab etdiyini açıqlayıb. Böyük Britaniya rəsmiləri əməliyyat təfərrüatlarını şərh etməkdən imtina etsələr də, bazaların təhlükəsizliyinin prioritet olduğunu vurğulayıblar. ABŞ Dövlət Katibi Marko Rubio isə potesial təhlükə həddi aşıldıqda şəxsi heyəti uzaqlaşdırdıqlarını bildirib. Hərbi ekspertlər iri yanacaqdoldurma təyyarələrinin bazalarda asan hədəfə çevrilə biləcəyini və bu addımın böyük ehtimalla profilaktik ehtiyat tədbiri olduğunu qeyd edirlər.
Səkinə Musayeva
Mənbə:BBC