00:00:00
Yazar
Admin User
26.06.2025 18:03 118 1 dəq oxuma
Dünya

ABŞ hücumlardan heç nə əldə etməyib

ABŞ hücumlardan heç nə əldə etməyib

 


İranın ali lideri Ayətullah Əli Xamenei, çərşənbə axşamı İsraillə atəşkəs razılaşmasından sonra ilk ictimai çıxışında bildirib ki, ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr “heç bir nailiyyət qazandırmayıb”. O qeyd edib ki, bu hücumlar İranın nüvə proqramını “əngəlləmək baxımından əhəmiyyətli heç nə” əldə etməyib və Qətərdəki Amerika hərbi bazasına cavab zərbəsini ABŞ-yə vurulan “ağır zərbə” kimi qiymətləndirib.


Bu açıqlama Vaşinqtonun zərbələrin uğurlu olduğu ilə bağlı mövqeyini daha da gücləndirdiyi bir vaxtda səsləndirilib.
ABŞ Müdafiə naziri Pit Hegseth bildirib ki, ABŞ və İsrailin əldə etdiyi kəşfiyyat məlumatları bu əməliyyatın İranın nüvə proqramını əhəmiyyətli dərəcədə zədələdiyini və onu illərlə geri saldığını göstərir.


BBC
Asiman Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər