ABŞ ilə Kuba arasında uçuşlar bərpa olunur
Amerika Birləşmiş Ştatları ABŞ ilə Kuba arasında ticarət uçuşları bərpa olunacaq.
İnformator.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün tərəflər arasında bu barədə razılaşma əldə olunub. Bu, iki ölkə arasında ticarət aviasiyası sahəsində 50 il sonra əldə olunan ilk razılaşmadır.
Bir müddət əvvəl əldə olunan razılaşmaya əsasən, iki ölkə arasında xüsusi reyslər bərpa olunub. Lakin yeni razılaşma əsasında uçuşların sayı gün ərzində 110-a çatacaq. Ticarət uçuşlarının yaz aylarından etibarən bərpa olunacağı gözlənilir.
Ekspertlər hesab edir ki, bu, iki ölkə arasında münasibətlərin daha da yaxşılaşdığını göstərir.
Amerikanın nəqliyyat naziri Entoni Foks razılaşmanı Amerikanın Kuba ilə əlaqələrini möhkəmləndirməsi üçün vacib dönüş nöqtəsi adlandırıb. Kubanın nəqliyyat naziri Adel Rodriqez razılaşmanı Kuba tarixində “yeni eranın başlanğıcı” kimi şərh edib.
Amerika hökuməti 1990-cı ildə Kubaya qarşı ticarət embarqosu tədbiq etmişdi.
2014-cü ilin sonunda ABŞ prezidenti Barak Obama və kubalı həmkarı Raul Kastro münasibətlərini normallaşdıracaqlarına dair bəyanatla çıxış etmişdilər.
