ABŞ-ın Rusiyadakı səfiri həbsdə olan jurnalistə baş çəkib
ABŞ səfiri Linn Treysi həbsdə olan jurnalist Evan Qerşkoviçə baş çəkib.
İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu gün ABŞ-ın Rusiyadakı səfirliyi Lin Treysi Lefortovo tvitter hesabında istintaq təcridxanasında olan Wall Street Journal-ın jurnalisti Evan Gerşkoviçə baş çəkdiyini bildirib.
O, Evanın 2 həftə əvvəl qanunsuz həbsindən sonra onunla ilk dəfə əlaqə saxlanıldığını, vəziyyətinin sabit olduğunu vurğulayıb. Səfir Evanın dərhal azad edilməsinə çağırışı bir daha təkrar etdiklərini dilə gətirib.
Qeyd edək ki, sözügedən jurnalist martın 29-da Yekaterinburqda saxlanılaraq Moskvaya aparılıb. Ertəsi gün isə casusluqda ittiham olunub. İttiham tərəfinin sözlərinə görə, o, “Amerika tərəfinin göstərişi əsasında hərəkət edərək” hərbi sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplayıb.
ABŞ tərəfi Gerşkoviçin qanunsuz həbsinə son qoyulmasını qarşı tərəfdən tələb edir.
Fatima
