ABŞ-İran atəşkəsi: müvəqqəti fasilə, yoxsa kövrək balans?
ABŞ və İsrail ilə İran arasında 5 həftə davam edən müharibə iki həftəlik atəşkəslə dayandırılıb. Atəşkəs Pakistanın vasitəçiliyi ilə əldə olunub və Hörmüz boğazından gəmilərin keçidinin təmin edilməsinə bağlıdır. Lakin tərəflərin mövqeyi bunun qalıcı sülh deyil, müvəqqəti və kövrək balans olduğunu göstərir.
Ekspertlər bildirir ki, tərəflər əsas hədəflərinə çatmayıb. ABŞ gərginliyi idarə etməyə, İsrail isə İranın regional təsirini zəiflətməyə çalışır. Buna görə atəşkəs münaqişənin bitməsi yox, qısa fasilə kimi dəyərləndirilir.
TRT HABER
Mələk Hüseynova