00:00:00
Yazar
Ayan Sədi
24.04.2026 23:34 20 1 dəq oxuma
Dünya

ABŞ-İran münasibətlərində gərginlik: Pezeşkian Vaşinqtonu ittiham edir

ABŞ-İran münasibətlərində gərginlik: Pezeşkian Vaşinqtonu ittiham edir

Qlobal gərginlik fonunda ABŞ-İran münasibətləri yenidən kəskinləşir. Məsud Pezeşkian Vaşinqtonu təzyiqləri artırmaqda ittiham edərək bu siyasətin regionda sabitliyi pozduğunu və danışıqlar perspektivini zəiflətdiyini bildirib.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən siyasi şərhçi Araz Xan bildirib ki, hazırkı vəziyyət tərəflərin kompromisə getmək istəməməsi ilə xarakterizə olunur:

 

“Hazırda elə bir mərhələdəyik ki, nə ABŞ geri addım atır, nə də İran mövqeyindən geri çəkilir. İran danışıqların davamı üçün blokadanın aradan qaldırılmasını tələb edir, ABŞ tərəfi isə strateji əhəmiyyət daşıyan Hörmüz boğazının açılmasını önə çəkir. Bu isə tərəflər arasında ciddi fikir ayrılığı yaradır".

 

Ekspertin sözlərinə görə, danışıqların bərpası üçün tərəflər maksimalist yanaşmadan uzaqlaşmalı və daha real, qarşılıqlı qəbul edilə bilən təkliflərlə çıxış etməlidir. Lakin mövcud etimadsızlıq mühiti bu prosesi çətinləşdirir.

 

Araz Xan əlavə edib ki, bəzi regional aktorların, xüsusilə Pakistanın vasitəçilik səyləri müəyyən ümidlər yaratsa da, ümumi fon hələ də gərgin olaraq qalır. Bununla belə, ABŞ-da Donald Trump tərəfindən atəşkəsin uzadılması ilə bağlı verilən qərar diplomatik imkanların hələ tam tükənmədiyini göstərir.

 

ABŞ və İran arasında artan qarşıdurma yalnız iki ölkə ilə məhdudlaşmır, həm də regionda və qlobal siyasətdə yeni risklər yaradır. Mövcud şəraitdə dialoq və qarşılıqlı etimadın bərpası sabitliyin təmin olunması üçün əsas şərt kimi qiymətləndirilir.

 

Aişə Mustafayeva

#yeni #gündəm #ittiham #abş-i̇ran #vaşinqtonu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər