00:00:00
Yazar
Ayan Sədi
27.04.2026 11:37 26 2 dəq oxuma
Dünya

ABŞ-İran münasibətlərində gərginlik: Pezeşkian Vaşinqtonu ittiham edir

ABŞ-İran münasibətlərində gərginlik: Pezeşkian Vaşinqtonu ittiham edir

Rəqəmsal və siyasi müstəvidə qlobal gərginliyin artdığı bir dövrdə ABŞ və İran arasında münasibətlər yenidən diqqət mərkəzinə düşüb. İran Prezidenti Məsud Pezeşkian Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətini sərtləşdirdiyini və ölkəsinin faktiki olaraq təslim olmağa məcbur edildiyini iddia edib. Bu açıqlama regionda onsuz da həssas olan siyasi balansın daha da pozula biləcəyi ehtimallarını gücləndirib.

 

Prezident sosial şəbəkədə paylaşdığı fikirlərində bildirib ki, beynəlxalq münasibətlərdə sağlam dialoq yalnız tərəflərin üzərinə götürdüyü öhdəliklərə sadiqliyi ilə mümkündür. Onun sözlərinə görə, ABŞ-nin son addımları bu prinsiplərə ziddir və nəticədə İranda Vaşinqtona qarşı etimadsızlıq daha da dərinləşir.

 

Pezeşkian xüsusilə vurğulayıb ki, son günlər ABŞ-nin nümayiş etdirdiyi qeyri-konstruktiv və ziddiyyətli mövqe regionda sabitliyə mənfi təsir göstərir. O hesab edir ki, bu yanaşma danışıqların perspektivini zəiflədir və qarşılıqlı anlaşma mühitini sarsıdır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən siyasi şərhçi Araz Xan bildirib ki, hazırkı vəziyyət tərəflərin kompromisə getmək istəməməsi ilə xarakterizə olunur:

 

“Hazırda elə bir mərhələdəyik ki, nə ABŞ geri addım atır, nə də İran mövqeyindən geri çəkilir. İran danışıqların davamı üçün blokadanın aradan qaldırılmasını tələb edir, ABŞ tərəfi isə strateji əhəmiyyət daşıyan Hörmüz boğazının açılmasını önə çəkir. Bu isə tərəflər arasında ciddi fikir ayrılığı yaradır".

 

Ekspertin sözlərinə görə, danışıqların bərpası üçün tərəflər maksimalist yanaşmadan uzaqlaşmalı və daha real, qarşılıqlı qəbul edilə bilən təkliflərlə çıxış etməlidir. Lakin mövcud etimadsızlıq mühiti bu prosesi çətinləşdirir.

 

Araz Xan əlavə edib ki, bəzi regional aktorların, xüsusilə Pakistanın vasitəçilik səyləri müəyyən ümidlər yaratsa da, ümumi fon hələ də gərgin olaraq qalır. Bununla belə, ABŞ-da Donald Trump tərəfindən atəşkəsin uzadılması ilə bağlı verilən qərar diplomatik imkanların hələ tam tükənmədiyini göstərir.

 

ABŞ və İran arasında artan qarşıdurma yalnız iki ölkə ilə məhdudlaşmır, həm də regionda və qlobal siyasətdə yeni risklər yaradır. Mövcud şəraitdə dialoq və qarşılıqlı etimadın bərpası sabitliyin təmin olunması üçün əsas şərt kimi qiymətləndirilir.

 

Aişə Mustafayeva

#abş-i̇ran #yeni #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər