00:00:00
Yazar
Elmira Ağayeva
29.05.2026 17:53 24 1 dəq oxuma
Siyasət

ABŞ-İran razılaşması Yaxın Şərqdə yeni mərhələnin başlanğıcıdır?

ABŞ-İran razılaşması Yaxın Şərqdə yeni mərhələnin başlanğıcıdır?

ABŞ və İran nümayəndələri nüvə danışıqlarına başlamaq və atəşkəsin 60 gün uzadılması barədə razılığa gəliblər.
Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında mümkün razılaşma Yaxın Şərqdə yeni siyasi mərhələnin başlanğıcı ola bilər:

 

“Amma bunu hələ tam sülh kimi yox, böhranın idarə olunması mərhələsi kimi qiymətləndirmək daha doğrudur. “Axios”un məlumatına görə, razılaşma 60 günlük atəşkəsin uzadılmasını, Hörmüz boğazının açılmasını və nüvə danışıqlarının başlanmasını nəzərdə tutur, yekun söz isə Trampa məxsusdur.   Bu, Vaşinqtonla Tehran arasında birbaşa etimadın yarandığı anlamına gəlmir, sadəcə hər iki tərəfin müharibənin iqtisadi və geosiyasi xərclərini azaltmaq istədiyini göstərir. Tramp razılaşmaya razılıq versə, ABŞ-İran münasibətlərində gərginlik qısa müddətə yumşala bilər və nüvə məsələsi yenidən diplomatik masaya qayıdar. Hörmüz boğazında gəmiçiliyin maneəsiz davam etməsi isə təkcə İran üçün deyil.Bütün enerji bazarları və Körfəz ölkələri üçün sakitləşdirici faktor olar. Amma əsas risk qalır. 60 gün yalnız vaxt qazanmaqdır, əgər bu müddətdə nüvə proqramı, sanksiyalar və təhlükəsizlik təminatları üzrə real irəliləyiş olmasa, razılaşma növbəti böhranın başlanğıcına da çevrilə bilər”.


Nuray Əliyeva

#ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər