00:00:00
Yazar
Aysel Mirzəyeva
16.04.2026 15:34 19 1 dəq oxuma
Dünya

ABŞ İran üçün 250 milyard dollarlıq yardım fondu yaratmağa hazırdır - KİV

ABŞ İran üçün 250 milyard dollarlıq yardım fondu yaratmağa hazırdır - KİV

ABŞ ilə İran arasında aparılan danışıqlarda irəliləyiş var, Vaşinqton 250 milyard dollar dəyərində iqtisadi yardım fondu yaratmağa hazırdır, amma Tehran daha böyük məbləğ tələb edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.

 

Məlumata görə, ABŞ prinsip etibarilə İranın mülki nüvə proqramını saxlamaq şərtini qəbul edib. Amma Vaşinqton bunun müqabilində təxminən 440 kiloqram 60 faiz zənginləşdirilmiş uranın İrandan çıxarılaraq ABŞ və ya Avropa ölkələrindən birinə ötürülməsini tələb edir.

 

İran tərəfi isə buna cavab olaraq uran ehtiyatının ölkə daxilində azaldılmasını təklif edib.

#ki̇v #fondu #yardım #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər