00:00:00
Yazar
Elmira Ağayeva
08.07.2026 19:18 22 1 dəq oxuma
Siyasət

ABŞ İrana endirilən zərbələrdən sonra danışıqları davam etdirmək niyyətindədir

ABŞ İrana endirilən zərbələrdən sonra danışıqları davam etdirmək niyyətindədir

 

ABŞ İrana endirilən zərbələrdən sonra yekun razılaşmanın əldə olunması məqsədilə Tehranla danışıqları davam etdirmək istəyir.


Bu barədə ABŞ rəsmisi "The Wall Street Journal" nəşrinə açıqlamasında bildirib.Mənbənin sözlərinə görə, Vaşinqton İranın Hörmüz boğazındakı hərəkətlərini qəbuledilməz hesab edib və buna görə sərt cavab verilməsinin zəruri olduğu qənaətinə gəlib.


Bununla yanaşı, ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton yekun razılaşmanın əldə olunması istiqamətində İranla danışıqları davam etdirmək niyyətindədir.


Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç gəmiyə hücum etdiyini iddia edərək, buna cavab olaraq ölkə ərazisinə genişmiqyaslı zərbələr endirməyə başladığını açıqlayıb.

 

TASS
Nuray Əliyeva

#ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər