00:00:00
Yazar
Zəri Bayramlı
16.11.2026 22:41 34 2 dəq oxuma
Siyasət

Müctəba Xameneidən Putinə xüsusi mesaj – Rusiya-İran əlaqələrində yeni mərhələ

Müctəba Xameneidən Putinə xüsusi mesaj – Rusiya-İran əlaqələrində yeni mərhələ

İranın yeni Ali rəhbəri Müctəba Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı xüsusi mesaj Tehran-Moskva münasibətlərini yenidən diqqət mərkəzinə gətirib. Mesajın çatdırılması üçün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Moskvaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığın və siyasi dialoqun davam etdirilməsi baxımından diqqət çəkir.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq son dövrdə xüsusilə, hərbi-texniki sahədə daha da dərinləşib:

 

 

 

“Təxminən iki il əvvəl tərəflər Moskvada strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar, bu əməkdaşlığın son dövrdə daha da dərinləşdiyini görürük. Xüsusilə, son bir ildə Rusiya İrana ciddi hərbi dəstək göstərir. Bununla yanaşı, İran da bundan əvvəl Ukrayna müharibəsində Rusiyanı silahlandıran, pilotsuz uçuş aparatları və raket sistemləri ilə təmin edən əsas ölkələrdən biri olub”. 

 

 

Ekspert qeyd edib ki, ABŞ-nin İrana təzyiqlərinin artması fonunda Rusiyanın Tehrana dəstəyi də davam edir:

"Fevralda başlayan 40 günlük müharibədən sonra İranın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, eləcə də digər hərbi-texniki istiqamətlərdə Rusiya ilə əməkdaşlığı genişlənib. Beləliklə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq daha da dərinləşir. Bu baxımdan, hava hücumundan müdafiə sistemləri ilə təmin olunma, eləcə də “Su-35” qırıcılarının İrana verilməsi məsələsi gündəmdədir. Eyni zamanda, Xəzər dənizi üzərindən iki ölkə arasında, xüsusilə hərbi təyinatlı yüklərin daşınması həyata keçirilir".

 

 

Siyasi şərhçi hesab edir ki, Rusiya və İranın Cənubi Qafqazla bağlı məsələlərdə mövqeləri bir-birinə yaxındır. Bununla yanaşı, Yaxın Şərqdə cərəyan edən proseslərdə Rusiya İrana müəyyən dəstək göstərir. Moskva ilə Tehran arasında əlaqələrin dərinləşməsi İranın Yaxın Şərqdəki rolunun daha da artmasına hesablanıb. İran da öz növbəsində bu əməkdaşlıqdan maksimum yararlanaraq region ölkələrinə qarşı təzyiq imkanlarını qorumağa və genişləndirməyə çalışacaq.

 

 

 

Arzum Ağazadə

#xəbər #müctəba #putinə #mərhələ #əlaqələrində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər