00:00:00
Yazar
Güllər Gülhüseynova
30.04.2026 09:32 13 1 dəq oxuma
Dünya

ABŞ İrana qarşı əməliyyatda hipersəs raketlərindən istifadə edə bilər- Bloomberg

ABŞ İrana qarşı əməliyyatda hipersəs raketlərindən istifadə edə bilər- Bloomberg

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı mümkün tətbiqi məqsədilə "Dark Eagle" hipersəs raketlərinin Yaxın Şərq regionuna göndərilməsi üçün sorğu verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

 

Mövcud sorğu ilə bağlı müsbət qərar veriləcəyi təqdirdə, bu, Amerika hipersəs silahının tarixdə ilk dəfə yerləşdirilməsi olacaq.

 

Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, CENTCOM öz təşəbbüsünü İran tərəfinin buraxılış qurğularını 300 mildən (təxminən 482 km) uzaq məsafədəki hədəfləri vura bilən "Precision Strike Missile" ballistik raketinin təsir radiusunu aşan məsafəyə köçürməsi ilə əsaslandırıb. Onun sözlərinə görə, İrana qarşı mümkün əməliyyat çərçivəsində hipersəs silahının tətbiq edilməsi barədə yekun qərar hazırda qəbul olunmayıb.

#bloomberg #əməliyyatda #istifadə #raketlərindən #hipersəs
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər