00:00:00
Yazar
Aysel Mirzəyeva
04.03.2026 21:42 33 1 dəq oxuma
Siyasət

ABŞ-İspaniya ticarət gərginliyi

ABŞ-İspaniya ticarət gərginliyi

“İspaniya ilə bütün ticarət əlaqələrini kəsəcəyik”,- deyə Tramp bildirib.

 

Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Amerika ilə İspaniya arasında ticarət dövriyyəsi 70 milyard dollara yaxındır və bu dövriyyənin demək olar ki, 50 faizi Amerikanın, 50 faizi isə İspaniyanın payına düşür:

 

“Amerikadan İspaniyaya daha çox kimyəvi maddələr və texnika idxal olunur. İspaniyadan isə Amerikaya əsasən emal olunmuş qida məhsulları, digər kənd təsərrüfatı məhsulları və taxta məmulatları, o cümlədən mebel ixrac edilir. Bu dövriyyə İspaniyanın ümumi daxili məhsulunda cəmi 4 faiz təşkil edir. İspaniyanın ümumi ixrac potensialı 330 milyard dollara yaxındır və göründüyü kimi, Amerika ilə olan dövriyyə İspaniyanın ümumi ticarət dövriyyəsinin təxminən 10 faizini təşkil edir. Hesab edirəm ki, hər iki ölkə bu iqtisadi dövriyyədən faydalanır. Yəni qarşılıqlı asılılıq yüksək deyil.
Əgər bu gün Amerika İspaniya bazarına daxil ola bilməsə, bu, ABŞ üçün də böyük itki sayılmaz. Digər ölkələr vasitəsilə bu ehtiyacı təmin edə bilər. Həmçinin İspaniya da yalnız Amerika bazarına bağlı deyil və alternativ bazarlara yönələ bilər. Lakin hesab edirəm ki, təcrübə göstərir ki, bu kimi bəyanatlar, xüsusilə də Donald Trampdan səsləndirilən açıqlamalar daha çox xəbərdarlıq və təzyiq vasitəsi xarakteri daşıyır. Nəticə etibarilə, hər iki tərəf iqtisadi maraqlarını üstün tutaraq ticarət əlaqələrini davam etdirəcək”.


Günel Əlili

#xəbər #yeni #baki #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər