ABŞ məlumat sızdıran şəxsi müəyyən edib
Məxfi məlumatları sızdırmaqda şübhəli bilinən amerikalının kimliyi məlum olub.
Washington Post`un yaydığı xəbərə görə, gizli sənədləri sızdırdığı güman edilən şəxs 20 yaşlarında adı açıqlanmayan hərbi bazada işləyən “gənc, xarizmatik silah həvəskarı”dır.
ABŞ Ukrayna və digər müttəfiqləri ilə bağlı məxfi hərbi kəşfiyyat məlumatlarının internetdə yayılmasından sonra təhqiqata başlayıb.
Washington Post şəxsin məxfi sənədləri paylaşdığı iddia edilən Discord ani mesajlaşma platformasındakı onlayn söhbət qrupu həmkarlarına istinad edib. Gizli sənədlər müntəzəm olaraq qrup çatında yerləşdirilib.
Məlumata görə, sənədlərdə Ukraynanın işğalçı Rusiya qüvvələrinə qarşı döyüşü ilə bağlı məxfi məlumatlar, həmçinin ABŞ-ın müttəfiqlərinin gizli qiymətləndirmələri də var. Ən həssas məlumatlardan bəzilərinin Ukraynanın hərbi imkanları və çatışmazlıqları ilə bağlı olduğu iddia edilir.
İlkin
