ABŞ NATO-dan narazıdır
ABŞ-nin NATO ilə əlaqədar gələcək addımlarına dair yekun qərarı Prezident Donald Tramp qəbul edəcək, lakin rəsmi Vaşinqton artıq öz müttəfiqlərinin mövqeyini daha açıq şəkildə anlayır.
“İnformator.az” TASS agentliyinə istinadla xəbər verir ki, bu sözləri ABŞ-nin hərb naziri Pit Heqset keçirdiyi mətbuat konfransında səsləndirib.
ABŞ-nin NATO-nun kollektiv müdafiə prinsipinə sadiq olub-olmaması barədə sualı cavablandıran nazir deyib: "NATO məsələsinə gəlincə, qərarları birbaşa prezident verəcək. Yalnız onu deyə bilərəm ki, bir çox məqamlar artıq aydınlaşıb. Azad dünya naminə böyük səylər göstərdiyimiz halda, bütün dünya müttəfiqlərimizin ABŞ üçün hansı addımları atmağa hazır olduğunu açıq şəkildə görüb.