00:00:00
Yazar
Nərmin Həşimova
07.07.2026 18:43 160 1 dəq oxuma
Siyasət

“ABŞ-nin İranla bağlı mövqeyində prinsipial dəyişiklik yoxdur”- ŞƏRH

“ABŞ-nin İranla bağlı mövqeyində prinsipial dəyişiklik yoxdur”- ŞƏRH

İranın nüvə proqramı ətrafında davam edən müzakirələr ABŞ Prezidenti Donald Trampın son açıqlamalarından sonra yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tramp bildirib ki, ABŞ İranın nüvə silahına sahib olmasının qarşısını istənilən vasitə ilə almaqda qərarlıdır və bu istiqamətdə həm diplomatik razılaşmaların, həm də digər variantların nəzərdən keçirildiyini vurğulayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Donald Trampın bu açıqlaması Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı mövqeyində prinsipial xəttin dəyişmədiyini göstərir: 


“Ya razılaşma yolu ilə, ya da digər yollarla” ifadəsi diplomatiyanın prioritet olduğunu vurğulasa da, eyni zamanda hərbi, iqtisadi və siyasi təzyiq alətlərinin də gündəmdə saxlanıldığını nümayiş etdirir. Bu, ilk növbədə Tehrana nüvə proqramını silah səviyyəsinə çatdırmamaq barədə xəbərdarlıq, eyni zamanda, ABŞ-nin regional müttəfiqlərinə təhlükəsizlik zəmanəti mesajı kimi qiymətləndirilə bilər. Mövcud şəraitdə ABŞ ilə İran arasında gərginliyin yenidən artması ehtimalı istisna deyil. İran böyük ehtimalla bu bəyanata sərt siyasi ritorika ilə cavab verəcək, nüvə proqramının dinc məqsədlər daşıdığını vurğulayacaq və eyni zamanda, danışıqlar üçün müəyyən şərtlər irəli sürəcək. Lakin tərəflərin birbaşa hərbi qarşıdurmaya getməkdə maraqlı olduqlarını söyləmək çətindir. Daha real ssenari qarşılıqlı siyasi təzyiqlərin, sanksiya müzakirələrinin və diplomatik manevrlərin paralel şəkildə davam etməsi, gərginliyin isə idarə olunan səviyyədə saxlanılmasıdır".


Mehriban Yariyeva

#gündəm #mövqeyində #dəyişiklik #bağlı #yoxdur”-
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər