00:00:00
Yazar
Asiman Vəliyeva
20.04.2026 18:11 22 2 dəq oxuma
Araşdırma

ABŞ-nin liman blokadası: İran “kollektiv cəza” iddiası ilə çıxış edir

ABŞ-nin liman blokadası: İran “kollektiv cəza” iddiası ilə çıxış edir

İran ABŞ-nin limanlara tətbiq etdiyi blokadanı kəskin tənqid edir. Rəsmi Tehran bu addımın təkcə hökuməti deyil, bütün əhalini hədəfə aldığını bildirərək beynəlxalq hüququn pozulduğunu iddia edir. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə bu addımları hətta “hərbi cinayət” kimi qiymətləndirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib ki, Birləşmiş Ştatların İrana qarşı başlatdığı hərbi kompaniya tərəflər arasında razılaşma əldə olunmadığı üçün artıq fərqli müstəviyə keçid etmiş vəziyyətdədir:

 

“İlkin etabda Ağ Ev İran üzərində hərbi üstünlük qazansa da, planlanan strateji hədəflərə nail ola bilmədi. Gözlənilənin əksinə olaraq xalq rejim ətrafında sıx birləşərək xarici aqressiyaya qarşı həmrəylik nümayiş etdirdi. Bu isə ilk növbədə rejim dəyişikliyinə hesablanmış planları blokladı. Təbii ki, indiki situasiyada Vaşinqtonunun qarşısında iki seçim var. Ya quru əməliyyatları keçirib istənilən hədəflərə nail olacaqlar, ya da İranın ən zəif damarı hesab edilən iqtisadi metodlarla basqını daha da artıracaqlar. Aydındır ki, birinci variant Donald Tramp və komandası üçün olduqca riskli və təhlükəlidir. Ən azından gözləniləndən tamamilə fərqli hərbi konfiqurasiya formalaşa bilər. Bu səbədən ikinci ssenari daha uyğun və digərinə nisbətən daha az risk daşıyır. Bilindiyi kimi, İran iqtisadiyyatının onurğa sütununu Hörmüz vasitəsilə ixrac edilən neft məhsulları və limanlarda həyata keçirilən ticari əməliyyatlar təşkil edir. Bu istiqamətdə tətbiq edilən blokada ilk növbədə Tehranın valyuta axınını çətinləşdirə, eyni zamanda ölkəyə zəruri qida, dərman və digər sosial yönümlü məhsulların girişini məhdudlaşdıra bilər. İran rəsmilərinin çıxışları onu deməyə əsas verir ki, artıq ölkədə hiss olunacaq dərəcədə  çətinliklər var. Göründüyü kimi Birləşmiş Ştatlar iqtisadi məhdudiyyətlər fonunda rejimi şərtlərlə razılaşmağa məcbur edir. Onlar hesab edirlər ki, sosial çətinliklər məngənəsində sıxılan xalq çox keçmədən rejimə qarşı yenidən etirazlar edəcəklər və bununlada hədəflərinə çatacaqlar. Lakin bu vaxt aparacaq bir prosesdir və ümumiyyətlə, mövcud dinamika qlobal müstəvidə də arzuolunmaz nəticələr formalaşdırır”.


Gövhər Mehyəddinova

#“kollektiv #liman #cəza” #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər