00:00:00
Yazar
Güllər Gülhüseynova
22.04.2026 08:44 17 1 dəq oxuma
Dünya

ABŞ-nin raket arsenalının bərpasına dörd ildən çox vaxt tələb olunacaq

ABŞ-nin raket arsenalının bərpasına dörd ildən çox vaxt tələb olunacaq

ABŞ İranla qarşıdurma zamanı arsenalların geniş miqyasda xərclənməsi nəticəsində yeni hərbi münaqişələr baş verəcəyi halda, raket silahlarının əhəmiyyətli dərəcədə çatışmazlığı problemi ilə üzləşmək riski altındadır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (SBTM) məruzəsində bildirilir.

 

Analitiklərin qənaətinə görə, yüksək dəqiqlikli raket silahlarının əsas nümunələrinin İrana qarşı kütləvi tətbiqi nəticəsində anbar ehtiyatlarının bərpası bir neçə il tələb edə bilər. Xüsusilə "Patriot" HHM kompleksinin zenit idarəolunan raketlərinin arsenalı müharibədən əvvəlki 2 330 ədəddən min ədəddən çox azalıb.

 

"THAAD" sisteminin ələkeçirici raketlərinin sərfi ilkin 360 ədəd ehtiyat fonunda 190-dan 290 ədədə qədər, "PrSM" operativ-taktiki raketlərinin sərfi mövcud 90 ədəddən 40-70 ədəd, "Tomahawk" qanadlı raketlərinin sərfi 3100-dən 850 ədəd, həmçinin dörd min ədədlik ümumi ehtiyatdan "JASSM" qanadlı raketlərinin sərfi mindən çox təşkil edib.

 

SBTM-in proqnozlarına görə, raket arsenallarının tam bərpası üçün 42 aydan 53 aya qədər vaxt tələb olunacaq.

#yeni #olunacaq #çox #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər