ABŞ-nin strateji neft ehtiyatları kəskin şəkildə azalıb
ABŞ-nin strateji neft ehtiyatları son iki ilin ən aşağı səviyyəsinə enib.
CNN telekanalının apardığı hesablamalara əsasən, ABŞ-nin strateji neft ehtiyatlarının həcmi 2024-cü ilin aprel ayından bəri ən aşağı göstəriciyə çatıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, bu həftəlik göstərilən rəqəmlərdir:
“Bunun da bir səbəbi var: Amerika strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarıb ki, dünyada neft təchizatı artsın. Burada təhlükəli bir vəziyyət görmürəm. Əksinə, strateji neft ehtiyatlarının azalması bazara daha çox neft çıxarıldığını göstərir. Bir müddətdən sonra həmin ehtiyatları yenidən doldurmaq üçün əlavə neft almağa başlayacaqlar. Lakin o vaxta qədər neftin qiymətinin daha aşağı olması gözlənilir və bu da geri alış prosesini daha sərfəli edəcək. Buna görə burada ciddi bir problem görmürəm”.
Səadət Əlizadə