00:00:00
Yazar
Səadət Əlizadə
02.04.2026 20:01 11 1 dəq oxuma
Dünya

ABŞ Ordusundan yeni ölümcül qumbara

ABŞ Ordusundan yeni ölümcül qumbara

ABŞ Ordusu ötən ay Vyetnam müharibəsindən sonra ilk yeni öldürücü əl qumbarasını təqdim edib. Bu, qəlpələrdən deyil, zərbə dalğalarından istifadə edərək düşmənləri məhv edən plastik bir silahdır.

 

M111 adlanan yeni qumbara şəhər döyüşləri üçün nəzərdə tutulub. Əsgərlər qapalı məkanları təmizləyib nəzarətə götürərkən istifadə olunur, çünki əlavə (mülki) zərərin riski daha azdır.

 

Bu, ABŞ qüvvələri üçün 1968-ci ildən bəri təqdim edilən ilk yeni qumbaradır. Həmin il MK3A2 Vyetnam müharibəsində istifadə olunmağa başlanıb. Lakin bu sursatın tərkibində asbest olduğuna görə 1970-ci illərdə istifadədən çıxarılıb. Asbest lifləri ağciyərlərdə yığıla bilər və xərçəng də daxil olmaqla ölümcül xəstəliklərə səbəb ola bilər.


CNN News
Ədilə Hüseynzadə

#ölümcül #ordusundan #baki #azərbaycan #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər