ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib
ABŞ İranın paytaxtı Tehranda özünün keçmiş diplomatik nümayəndəliyinin binasına zərbə endirib.
"İnformator.az" xəbər verir ki, bu barədə İranın "Mehr" Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, təkcə ABŞ-nin keçmiş diplomatik missiyasının binası deyil, həm də onun yaxınlığında yerləşən kommersiya obyektləri zədələnib.
"Hazırkı məqamda endirilən zərbə zamanı xəsarət alanlar barədə məlumat daxil olmayıb", - nəşr bildirib.