00:00:00
Yazar
Güllər Gülhüseynova
16.02.2026 19:22 18 2 dəq oxuma
Araşdırma

ABŞ Qrenlandiyanı ələ keçirir?- Rubiodan açıqlama

ABŞ Qrenlandiyanı ələ keçirir?- Rubiodan açıqlama

ABŞ-nin Qrenlandiya üzərində nəzarəti ilə bağlı danışıqlar müsbət mərhələyə qədəm qoyub.

Bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib.

 

“Müsbət proses qurulub, onlarla (Danimarka və Qrenlandiya nümayəndələri ilə) işləyirik. Məndə olduqca pozitiv və optimist hislər var ki, biz yaxşı trayektoriyadayıq”, - deyə amerikalı rəsmi bildirib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Qrenlandiya ilə bağlı planları gələcəkdə ciddi təhlükələr yarada bilər:

 

“ABŞ hazırda konkret olaraq bütün dünyanı təsir altında saxlamaq istəyir. Qrenlandiyanı ABŞ götürəcək. Danimarkanın ABŞ ilə mübarizə əzmi yoxdur və indiki situasiyada danışıqlara və güzəştli şərtlərə hazırdır. Ancaq bu proses təhlükəli prosesdir. Trampdan sonrakı hakimiyyət dövründə bu məsələlər yenidən gündəmə gələ, ABŞ üçün ciddi təhlükə yarada bilər. İndiki dövrdə beynəlxalq hüquq işləmir. Lakin bu da çox ciddi təhlükələr gətirəcək və beynəlxalq hüququn işlək mexanizminin olması aktuallaşacaq. Təkcə torpaq işğalı deyil, nəzarətsiz güclər dəhşətli viruslar vasitəsi ilə ölkələri ram etmək üzrədir. Beynəlxalq hüquq, nəzarət olmadığı təqdirdə bu, bəşəriyyətin məhvinə aparacaq. Qrenlandiyanı ABŞ-nin nəzarətə alması onda digər ərazilər üçün də maraq yaradacaq. ABŞ-nin istəyi təkqütblü dünyadır ki, super güc olaraq bütün qitələrə hökm etsin. Avropa İttifaqı ilə münasibətlərin pisləşməsi də bu məqsədə görədir. Hazırda bölgədə gərginlik olmayacaq. Ancaq Çin və Rusiyanın təqibləri nəticəsində gələcəkdə yeni gərginlik və hətta münaqişə yarana bilər. ABŞ bütün bölgəyə nəzarəti tam ələ keçirmək üzrədir. Bölgədə üstünlük əldə edərək təhlükələrdən əmin olduqdan sonra artıq Avropa və Asiya ölkələrinə keçəcək”.

 

Lalə Qurbanlı

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər