00:00:00
Yazar
Nigar Həsənzadə
30.07.2026 23:41 18 1 dəq oxuma
Dünya

ABŞ Senatı İranla bağlı bu qətnaməni qəbul etməyib

ABŞ Senatı İranla bağlı bu qətnaməni qəbul etməyib

ABŞ Senatı İranla bağlı hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan daha bir Müharibə Səlahiyyəti Qətnaməsini qəbul etməyib.

 

"İnformator.az" xəbər verir ki, səsvermə zamanı 49 senator qətnamənin lehinə, 50 senator isə əleyhinə səs verib. Beləliklə, sənəd Senatda kifayət qədər dəstək qazana bilməyib.

 

İranla bağlı hərbi əməliyyatlar başlayandan bəri Demokratlar Partiyasının üzvləri Müharibə Səlahiyyəti Qətnaməsinin qüvvəyə minməsi üçün 10 dəfədən çox qanunvericilik təşəbbüsü irəli sürüblər. Lakin bu təşəbbüslərin heç biri Konqresin hər iki palatasının təsdiqini ala bilməyib.

#etməyib #bağlı #gündəm #qətnaməni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər