ABŞ Senatı Trampın “Böyük, Gözəl Qanun Layihəsi”ni müzakirə edib
ABŞ Senatında sabiq Prezident Donald Trampın təqdim etdiyi 940 səhifəlik “Böyük, Gözəl Qanun Layihəsi” ilə bağlı müzakirələr başlayıb. Konqresin Büdcə Ofisi bu sənədin 10 il ərzində dövlət borcunu 3,3 trilyon dollar artıracağını və 11,8 milyon amerikalının sığortasız qalacağını açıqlayıb.
Respublikaçılar bu rəqəmlərlə razılaşmasa da, Trampın 4 iyul tarixli hədəfinə çatmaq üçün sürətləniblər. Şənbə günü keçirilən prosedur səsverməsində layihə irəliləyib. Bir neçə respublikaçı buna qarşı çıxıb. Onları razı salmaq üçün Tramp telefonla əlaqə qurub, vitse-prezident JD Vance isə şəxsən Senata baş çəkib. Senator Tom Tillis layihədə aztəminatlılar üçün nəzərdə tutulan Medicaid proqramına ciddi kəsintiləri əsas gətirərək səs verməyib və yenidən seçilməyəcəyini açıqlayıb. Tramp bunu alqışlayıb.
Layihədə 4 trilyon dollarlıq vergi endirimi, yaşıl enerji təşviqlərinin ləğvi, sosial yardım proqramlarına 1,2 trilyon dollarlıq kəsinti və sərhəd təhlükəsizliyi üçün 350 milyard dollar vəsait nəzərdə tutulur. Demokrat senatorlar bu sənədin ictimaiyyətdən gizli hazırlandığını bildiriblər. Bernie Sanders layihəni “müasir dövrün ən təhlükəli qanunu” adlandırıb və hərbi büdcə artımına qarşı çıxıb.
Al Jazeera
Qəmər Kazımzadə